"OPEC+ formatı çərçivəsində əməkdaşlıq bundan sonra da davam edəcək".
Bu barədə OPEC çərçivəsində qarşıdakı tədbirləri jurnalistlərə şərh edən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) enerji naziri Süheyl əl Məzrui bildirib.
“Məncə, birlikdə çalışmağa davam etməyimiz, əməkdaşlığımızın qalması hamımızın qənaətidir”, – nazir deyib.
O əlavə edib ki, qərar vermək üçün birinci dəfə deyil bir araya gəlirik: "Asan deyil, amma yenə də həmkarlarımızla həmişə işləyəcəyik”.
Xatırladaq ki, dekabrın 5-də Vyanada OPEC+ Nazirlər Monitorinq Komitəsinin iclasında bazarda tarazlığı qorumaq üçün neft hasilatını azaldıb-azaltmamaq barədə üzv ölkələr üçün tövsiyələr hazırlanacağı gözlənilir. Həmin tövsiyə dekabrın 6-da OPEC konfransında, ayın 7-də isə OPEC+ formatının bütün iştirakçı dövlətləri arasında müzakirə olunmalıdır.
report.az