Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin mart ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gündəlik neft ixracı 588 min barel təşkil edib.
Banco.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu, aylıq müqayisədə 13% və yaxud 70 min barel çoxdur.
Hesabatda qeyd edilib ki, ümumilikdə, bu ilin martında boru kəməri ilə ixrac ötən ilin eyni dövrünün göstəricisinə uyğun olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
