Müəllif: Gülnar Əhmədli, Banco.az
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda bu ilin oktyabr ayında orta gündəlik xam neft hasilatının 461 min barel səviyyəsində olduğunu bildirib.
Banco.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu ilin sentyabr ayında sutkalıq neft hasilatı 459 min barel, avqust ayında isə 455 min barel olub.
Qeyd edilib ki, ölkədə gündəlik ortalama neft hasilatı bu ilin üçüncü rübündə 458 min barel səviyyəsində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
