OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb | Banco.az

OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda bu il gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 700 min barel olacağını proqnozlaşdırır. Bu, öncəki artım tempi üzrə proqnoz göstəricisindən 11 min barel azdır.

Banco.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, buna səbəb iyun ayında əsas neft yataqlarında hasilatın gözləniləndən aşağı olması olub.

Əlavə edək ki, 2022-ci ildə bu göstərici orta hesabla 700 min barel səviyyəsində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram