OPEC Azərbaycanda fevralda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb | Banco.az

OPEC Azərbaycanda fevralda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

Bu ilin fevral ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 476 min barel səviyyəsində olub.

Bu barədə  Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında qeyd edilib.

    Məlumata görə, ötən ilin dekabrənda qeyd olunan göstərici 486 min barel, bu ilin yanvarında isə 467 min barel təşkil edib.

    Sənəddə bildirilir ki, ötən il Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 482 min barel səviyyəsində olub, bu da 2023-cü ilin göstərici (504 min barel) ilə müqayisədə 22 min barel azdır.

    Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 38-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2026-cı ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

    Beləliklə, Azərbaycan bu ilin fevral ayında "OPEC+" çərçivəsində kvotadan 75 min barel geridə qalıb.

    apa