OPEC Azərbaycanda bu il üçün neft hasilatı üzrə proqnozunu artırıb | Banco.az

OPEC Azərbaycanda bu il üçün neft hasilatı üzrə proqnozunu artırıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2023-cü il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu artıma doğru cüzi korrektə edib.

Bu barədə OPEC-in aylıq hesabatında qeyd olunub.

OPEC-in proqnozuna görə, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 800 min barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu da illik müqayisədə 60 min barel artım deməkdir və öncəki proqnoz göstəricisindən 1000 barel çoxdur.

Hesabata əsasən, 2022-ci ildə sözügedən göstərici orta hesabla 700 min barel səviyyəsində olub, bu da illik müqayisədə 34 min barel azdır. Öncəki ehtimal olunan göstərici ilə müqayisədə artım tempi üzrə proqnoz 7 min barel azaldılıb.

Xatırladaq ki, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel səviyyəsində olub. 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et