Müəllif: Gülnar Əhmədli, Banco.az
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda bu il gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 700 min barel olacağını proqnozlaşdırır. Bu, öncəki artım tempi üzrə proqnoz göstəricisindən təxminən 20 min barel çoxdur.
Banco.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, artımın qismən Şahdəniz, Abşeron və Ümid-Babək qaz-kondensat layihələrindən əldə ediləcəyi proqnozlaşdırılır.
Əlavə edək ki, 2023-ci ildə bu göstərici orta hesabla 600 min barel səviyyəsində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!