Müəllif - Aida İsaq, Banco.az
OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) Avropa və ABŞ iqtisadiyyatının tənəzzülə doğru hərəkət etdiyini açıqlayıb.
Banco.az xəbər verir ki, təşkilatın baş katibi Əl-Qaisin fikrincə, bu regionların iqtisadi problemləri neftə olan tələbata öz təsirini göstərəcək. Beləliklə, OPEC-in proqnozuna görə, dördüncü rübdə (oktyabr-dekabr) və 2023-cü ilin əvvəlində neft bazarında təklif profisiti yaranacaq.
Oktyabrın ikinci yarısında amerikalı iş adamı İlon Mask ABŞ iqtisadiyyatında iqtisadi artımın ləngiməsinin 2024-cü ilin yazına qədər davam edəcəyini nəticədə ölkədə tənəzzülün yaşanacağını proqnozlaşdırıb.
Eyni zamanda, S&P-nin məlumatlarına əsasən, avrozona iqtisadiyyatının sürətlənmiş inflyasiyanın mənfi təsirləri səbəbindən 0,2% kiçiləcəyinİ və tənəzzüllə üzləşəcəyi bildirilib. Qeyd olunur ki, Avrozonada işgüzar aktivlik indeksi oktyabrda koronavirus pandemiyası dövrü istisna olmaqla, son doqquz ilin ən aşağı səviyyəsinə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!