OPEC+ anlaşmasına ilk 9 ayda 102% əməl edilib | Banco.az

OPEC+ anlaşmasına ilk 9 ayda 102% əməl edilib

Neft hasilatının azaldılması ilə bağlı OPEC+ anlaşmasına 2017-ci ilin yanvar-sentyabr aylarında 102% əməl edilib. 

TASS agentliyinə istinadən xəbər verilir ki, bu barədə jurnalistlərə Rusiyanın energetika naziri Aleksandr Novak məlumat verib.

Nazir bildirib ki, OPEC və ona üzv olmayan neft ölkələrinin texniki komitələri ilk 9 ayın yekunlarını təqdim edib: "Nəticədə, anlaşmaya 102% əməl olunduğu müşahidə edilib".

Ən sərfəli kredit üçün müraciət et

A.Novak qeyd edib ki, ilk 9 ayda qlobal neft ehtiyatlarında artıq həcm 180 mln. barel azalaraq 160 mln. barelə düşüb. Nazirin sözlərinə görə, neft sektoruna investisiyalar canlanmağa başlayıb. Hazırkı dinamika ilə 2014-cü ilin investisiya həcminə 2020-ci ildə çatmaq mümkün olacaq.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et