OPEC+ alyansı gündəlik hasilatın 100 min barel artırılmasını müzakirə edir | Banco.az

OPEC+ alyansı gündəlik hasilatın 100 min barel artırılmasını müzakirə edir

OPEC+ alyansının Monitorinq Komitəsinin videokonfrans formatında növbəti iclası başlayıb.

İclasda gələn aydan gündəlik neft hasilatının həcminin 100 min barel artırılması müzakirə edilir.

Xatırladaq ki, ötən ilin avqustundan etibarən OPEC+ ölkələri gündəlik hasilatın həcmini 400 min barelə qədər artırıblar. OPEC+ nazirlərinin bu il martın 31-də keçirilmiş iclasında plan cüzi dəyişdirilib və may-iyun aylarında gündəlik hasilatın həcmi 432 min barel təşkil edib. İyunun 2-də alyans iyul və avqust aylarında gündəlik hasilatın həcminin 648 min barelə çatdırılması haqqında qərar qəbul edib. Beləliklə, avqustun sonlarından etibarən alyans ölkələrinin hasilatın həcmini koronavirus (COVID-19) pandemiyasından əvvəlki vəziyyətə gətirməsi gözlənilir.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et