OPEC 2045-ci ilə qədər qlobal neft tələbinin 116 milyon barel olacağını gözləyir | Banco.az

OPEC 2045-ci ilə qədər qlobal neft tələbinin 116 milyon barel olacağını gözləyir

Müəllif - Fərid İslamov/Banco.az

OPEC 2045-ci ilə qədər qlobal neft tələbinin artaraq sutkada 116 milyon barel olacağını proqnozlaşdırır.

Banco.az-ın məlumatına görə təşkilat 2045-ci ilə qədər bərpa olunan enerji mənbələrinin qlobal enerji balansında payının 2022-ci ildəki 2,7%-ə qarşı 11,7%-ə yüksələcəyini gözləyir.

Qlobal neft tələbatı 2022-ci il səviyyəsi ilə müqayisədə 2045-ci ilə qədər gündə 16 milyon barel arta bilər - sutkada 116 milyon barel. Bu barədə OPEC-in illik icmalında deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Sənədə əsasən, qlobal enerji tələbatı 2045-ci ilə qədər gündəlik neft ekvivalentinə 359,2 milyon barel çatacaq.

Enerji siyasətləri və iqlim dəyişikliyi öhdəlikləri səbəbindən kömürdən başqa bütün əsas yanacağa tələbatın uzunmüddətli perspektivdə artacağı gözlənilir.

Bu dövrdə ən böyük artım külək və günəş enerjisi başda olmaqla, bərpa olunan enerji mənbələrində olacaq və tələbat sutkada 34,3 milyon barel neft ekvivalentində artacaq.

Təşkilat 2045-ci ilə qədər bərpa olunan enerji mənbələrinin qlobal enerji balansında payının 2022-ci ildəki 2,7%-dən 11,7%-ə yüksələcəyini gözləyir.

Ən sərfəli krediti almaq üçün müraciət et