Müəllif: Gülnar Əhmədli, Banco.az
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda ötən ilin dekabr ayında orta gündəlik xam neft hasilatının 485 min barel səviyyəsində olduğunu bildirib.
Banco.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, ötən ilin noyabr ayında sutkalıq neft hasilatı isə 488 min barel təşkil edib. Ümumilikdə 2024-cü ildə isə 481 min barel olub.
Qeyd edilib ki, ölkədə gündəlik ortalama neft hasilatı ötən ilin ikinci rübündə 475 min barel, üçüncü və dördüncü rübündə isə 486 min barel səviyyəsində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!