OPEC 2024-2025-ci illərdə neftə tələbat artımı proqnozunu saxlayıb | Banco.az

OPEC 2024-2025-ci illərdə neftə tələbat artımı proqnozunu saxlayıb

Müəllif:Mehin Qasımova/Banco.az

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024 və 2025-ci illərdə qlobal neft tələbatının artımı proqnozunu müvafiq olaraq sutkada 2,2 milyon barel (b/d) və 1,8 milyon barel səviyyəsində saxlayıb.

Banco.az xarici mediaya istinadən xəbər verir ki,  2024-cü ildə qlobal neft tələbatı sutkada 104,46 milyon barelə, 2025-ci ildə isə 106,3 milyon barelə çata bilər.

Təşkilat qeyd edir ki, 2024-cü ildə neftə olan tələbat güclü hava nəqliyyatına tələbat və artan yol nəqliyyatı fəaliyyəti, o cümlədən sənaye, tikinti və kənd təsərrüfatı sahələrində, xüsusən də İƏİT-ə daxil olmayan ölkələrdə fəaliyyətlə dəstəklənəcək. Bundan əlavə, Çin və Yaxın Şərqdə neft tələbatı neft-kimya potensialının və marjanın artması ilə dəstəklənəcək.

Eyni zamanda, bəzi ölkələrin neft hasilatına könüllü məhdudiyyətlərin uzadılması fonunda OPEC 2024-cü ildə qeyri-OPEC ölkələrindən neft tədarükünün artımı proqnozunu sutkada 120 min barel azaldıb 1,1 milyon barelə endirib. 

Ən sərfəli kredit üçün müraciət et

Bu il neft tədarükünün artımının əsas amilləri ABŞ (hasilatın sutkada 0,5 milyon barel artımı ilə), Kanada, Braziliya və Norveç olacaq, hasilatın ən böyük azalması isə Rusiya və Meksikada gözlənilir.

2025-ci il üçün proqnoz 0,1 milyon barel artırılaraq 1,4 milyon barelə çatdırılıb və mütləq ifadədə qeyri-OPEC ölkələrindən neft tədarükü 71,9 milyon barelə çata bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram