"OPEC 2019-dan etibarən neft istehsalını 3 azaldacaq" | Banco.az

"OPEC 2019-dan etibarən neft istehsalını 3 azaldacaq"

Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suheyl əl-Mezrui, "2019-un əvvəlindən etibarən OPEC üzvü ölkələr, neft istehsalını 3%, üzv olmayan ölkələr isə 2% azaldacaq" deyib.

Mezrui, OPEC və OPEC-ə üzv olmayan ölkələrin gələn ilin yanvar ayının əvvəlindən etibarən gündəlik neft istehsalını 1,2 milyon barel azaltmalarının, bazarlarda tarazlığı təmin edəcəyini, bunun da 2019-un ilk aylarında baş verəcəyini təxmin etdiyini dilə gətirib.

Mezrui, neft istehsalının azaldılması üçün dekabr ayının əvvəlində imzalanan və 2019-un Yanvarında qüvvəyə minəcək razılaşmanın uzadılmasının problem olmayacağını qeyd edərək, istehsalçıların bazarın tələblərinə cavab verəcəyini qeyd edib.

"Neft bazarı üçün çətin bir dövrdür"

Qətərın energetika naziri Saad Şəridə əl-Kabi isə dünya daxilində xam neft bazarı və qiymətlər üçün çətin bir dövr olduğunu söyləyib.

Ən sərfəli kredit üçün müraciət et

Kabi, Səudiyyə Ərəbistanı daxil bəzi ölkələrin, səbəbi olmadan bu il bazara çox miqdarda neft çıxardığını qeyd edərək, bu mövzunun müzakirə edilməsi lazım olduğunu qeyd edib.

OPEC və OPEC-ə üzv olmayan ölkələr, 2017-ci ilin əvvəlində gündəlik neft istehsalını 1,8 milyon barel, keçən iyul ayında isə Dekabra qədər 1,2 milyon barel azaldılmasına qərar vermişdilər.

Avstriyanın paytaxtı Viyanada Dekabr ayının əvvəlində keçirilmiş 5-inci OPEC və OPEC-ə üzv olmayan ölkələrin yığıncağında neft istehsalının 2019-cu ilin yanvar ayından 6 ay müddətinə gündəlik 1,2 milyon barel azaldılması razılaşdırılıb. Rusiya da razılaşma daxilində istehsalını gündəlik 228 min barel azaltmağı öhdəlik götürüb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et