Ontology (ONT) nədir? Haradan almaq olar? | Banco.az

Ontology (ONT) nədir? Haradan almaq olar?

Ontology layihəsi Blockchain texnologiyasından istifadə edərək kommersiya təşkilatlarına etibarlı, yüksək performanslı və paylanmış bir sistem təqdim etməyi hədəfləyir.

Müxtəlif sektorlara aid şirkətlər Blockchain texnologiyasından istifadə etmək istəsələr də, bunun üçün nədən başlamağa çətinlik çəkirlər. Ontology layihəsi iş yerləri və ümumi olaraq iş məqsədilə istifadə olunması üçün Blockchain həllərini təklif edir. Ontology tərtibatçıları Blockchain-i fərqli şəkillərdə idarə edib, iş ehtiyaclarını ödəmək üçün həllər yaratmaq üzərində işləyirlər.

Ontology Blockchain tərəfindən təmin edilən xidmətlər arasında identifikasiya, məlumat mübadiləsi, məlumatların əlaqələndirilməsi və uyğunluq yer alır. Bildiyiniz kimi, Blockchain hazırda hər hansı bir işin tez iztifadə ediləyəcəyi formada hazır deyil. Bir çox şirkət açıq kodlu proqramlarda bütün məlumatlarını saxlamaq istəməyə bilər. Bu baxımdan Ontology çox etibarlıdır.

Ontology və NEO

Ontology və NEO “Onchain” adlı maliyyə texnologiya firmasının yaratdığı layihələrdir. NEO daha çox fiziki dəyərlərin Blockchain-də qeyd olunmasına əsaslanır. Ontology Blockchain-i də ictimaiyyətə açıqdır, lakin şəxsi məlumatlar yalnız istifadəçinin nəzarəti altında olur. Bu baxımdan NEO və Ontology fərqlənir.

Ontology ONT tokenləri üçün ictimaiyyətə açıq ICO hazırlamadı. Bəzi ONT tokenləri NEO sahiblərinə airdrop vasitəsilə paylandı. Bir hissə tokenlər isə e-mail abunəçilərinə göndərildi. Ontology token strukturu NEO-nun NEO-GAS sisteminə bənzəyir.

Harada almaq olar?

Mart ayının əvvəlindən etibarən əməliyyat görən ONT qısa müddətdə dəyər qazandı və 10 dollara qədər yüksəldi. Hal-hazırda 7 dollar olan ONT tokenlərini “Binance” və “KuCoin” birjalarından ala bilərsiniz.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et