İnternetin həyatımızın hər sahəsində olduğu kimi istehlak sahəsində də özünü göstərməsi qaçılmazdır. Buna paralel olaraq, bu gün istehlakçılar internet sayəsində məhsul və xidmətlərə əlçatanlıq baxımından əvvəlkindən daha şanslıdır. Həm məhsullarını və xidmətlərini tanıtmaq, müştəri tapmaq istəyənlər, həm də bu məhsul və xidmətləri almaq istəyənlər internetdən yararlanır. Geniş imkanlara sahib olan internet online alış-veriş mühiti kimi böyük fayda yaradır.
İnternet, istehlakçılara istehlak barədə daha çox, daha sürətli şəkildə məlumat verir. İşlərini asanlaşdıraraq istehlakçının səmərəli istifadəsini artırmağa yardımçı olur. Əlavə olaraq, məlumat toplamağa sərf edilən vaxt, enerji və pula qənaət etməyə də kömək edir. İnternet, eyni zamanda istehlakçılar üçün əyani vasitələr (səs, şəkillər, mətn və s. qarışığı) təqdim edir. Bununla birlikdə istehlakçılar effektiv şəkildə ehtiyaclarına cavab verən məhsulları seçməkdə çətinlik çəkmirlər.
ABŞ-da aparılan tədqiqatlar nəticəsində internetin əsas məlumatları toplamaq üçün üstünlük verilən ilkin vasitə olduğu müəyyənləşdirilmişdir. Təqdim etdiyi yararlara baxmayaraq internet günümüzdə daha çox bilgi almaq üçün istifadə olunmaqdadır.
İstehlakçılar məhsul və xidmət üçün qərar alma prosesində alış-verişin online və ya offline olması haqqında da düşünür. Elektron alış-verişdə insanlar məhsul haqqında ətraflı məlumat alır, çoxsaylı məhsul çeşidi seçimi olduğu üçün rahat axtarış edə bilirlər. Ənənəvi alış-veriş zamanı istehlakçı üzərində yaranan basqı, online ortamda aradan qalxır. İstehlakçılar zaman və məkandan asılı olmadan sərbəst şəkildə hərəkət edirlər.
Ropo anlayışı (Research Online, Buy Offline)
İstehlakçıların internet istifadəsi ilə ortaya çıxan bir termin olaraq Ropo, “online axtar, offline al” mənasını verir. ROPO müştərilərin davranış səbəblərinin geniş araşdırılması ilə istehlakçıların onlayn araşdırmadan sonra oflayn satın almalarının səbəbini ortaya qoyur. Araşdırmalardan birinin nəticəsinə görə, yaş, cins, ailə vəziyyəti, təhsil və gəlir kimi demoqrafik xüsusiyyətlər də onlayn alış üçün vacib amillərdir.
Onlayn rəylər, reytinq ilə onlayn məhsul və xidmətlər haqqında ətraflı məlumat müştərilərin daha yaxşı qərarlar qəbul etməsinə kömək edir. Müştərilər, offline mağazalara keçməzdən əvvəl seçimlərini azaltmaq üçün məhsul və xidmətlər barədə onlayn olaraq axtarış aparırlar. Risk onlayn müştərilər üçün əsas problemdir. Buna görə müştərilər onlayn rejimə keçməyə qərar verməzdən əvvəl riskləri azaltma yanaşması kimi oflayn xüsusiyyətlərdən istifadə edirlər. Onlayn alış-veriş ortamında şirkət və müştəri arasında inam önəmli rol oynayır.
ROPO davranışının başqa bir səbəbi məhsula dərhal sahib olmaqdır. Elektron ticarətin ən böyük çatışmazlıqlarından biri məhsul və xidmətlərin çatdırılmasında gecikmədir.
İstehlakçıların bir çoxu qərar almadan əvvəl məhsullarla əlaqədar məlumatları müxtəlif veb saytlar vasitəsilə araşdırırlar. Marka şəkli və ya mağaza görüntüsünün də ROPO davranışının bir hissəsi ola biləcəyi sübut olunmuşdur.
markzone.az
Bizi sosial şəbəkələrdən izləyin!!