Günümüzdə informasiya məkanın genişliyi bizə istənilən məlumatı əldə etməkdə yardım edir. Biz bank xidmətləri haqqında öz suallarımıza cavab tapmaq üçün müxtəlif sosial şəbəkələrə və ya bankların rəsmi saytlarına üz tuturuq.
Lakin bu məlumatlar müştərini tam qane etməyə bilər və ya müştəri istədiyi məlumatı tapmaya bilər. Buna görə də məhz bu xidmət vasitəsilə bu gün hər kəs komputerin qarşısında vaxt itirmədən, növbə gözləmədən bank xidmətləri haqqında məlumatlar əldə edə bilər. Necə?
Online Chat, Online Consultant, Online Məsləhətçi və s. formalarda gerçəkləşən xidmət məhz vaxt itirmədən birbaşa bank məsləhətçisi ilə əlaqə yaratmağa şərait yaradır.
Onlayn məsləhət - sual, problem, şikayətlərinizlə bağlı fikirlərinizi bildirə biləcəyiniz bir xidmətdir. Bunu bir növ bank məsləhətçisi ilə canlı bağlantı kimidir. Bank nümayəndəsi sizi Skype vasitəsilə görür, dinləyir və sizi cavablandırır və yaxud da elektron poçt və canlı çat vasitəsilə yazdığınız müraciətinizi oxuyur və sizə doğru olan məlumatı çatdırır. Siz bunun üçün hər hansı bir məbləğ ödəmirsiniz və növbə üçün gözləməli olmursunuz.
Lakin bəzən onlayn müraciətlər zamanı da hazırda heç bir operatorun sərbəst olmadığı deyilir və müraciətinizin cavablanması üçün bir az gözləməyiniz xahiş olunur. Lakin call-center xidməti ilə müqayisədə bu müddət daha az olur.
Onlayn məsləhətdən yararlanmaq üçün, Siz sadəcə bankın saytında müvafiq pəncərədə adınızı, soyadınızı və əksər hallarda e-mail adresinizi qeyd edirsiniz. Xidmət hər kəs üçün açıqdır.
Məhz müştəri məmnuniyyəti məqsədilə hal hazırda Azərbaycanda bir sıra banklar bu xidməti müxtəlif formalarda müştərilərə təqdim edir. Banco.az Sizə həmin bank və kredit təşkilatlarının siyahısını təqdim edir :
Bank |
Xidmətin adı |
Əlavə xidmət |
|
||
|
||
Sizə zəng edək? |
||
|
||
|
||
|
Randevu xidməti | |
|
||
Zəng sifarişi |
||
Elektron poçt ünvanı vasitəsilə |
||
Skype |
||
|
||
Elektron poçt ünvanı vasitəsilə |
||
Skype (Bizə zəng et) |
||
Elektron poçt ünvanı vasitəsilə |
||