Onlayn sığortanızı 3 addımda əldə edin! | Banco.az

Onlayn sığortanızı 3 addımda əldə edin!

Yeni il ərəfəsində bir çox insan səyahətə çıxır, hər kəs istirahət etmək, əylənmək və yeni yerlər kəşf etmək istəyir. Axı yeni il yeni arzular və yeni hədəflər üçün başlanğıcdır.

Səyahətin ucuz başa gəlməsi üçün əksər insanlar biletlərini lap öncədən onlayn şəkildə alırlar. Səyahətə bir neçə ay ya daha az qalmış isə viza üçün müraciət edirlər və beləliklə sənəd toplamaq prossesi başlayır.

Viza üçün lazım olan sənədlərdən biri də səyahət sığortasıdır, yəni sığorta yoxsa heç müraciət etməyə dəyməz. Bəlkə də insanların səyahət sığortası almasının elə əsas səbəbi vizadır. Yoxsa kimdir başına gələcək hadisələrdən sığortalanmaq istəyən :) 

Amma bileti onlayn aldığınız halda, nəyə görə sığortanı olayn almayasınız ki?

Sığorta şirkətinə getməyə sərf etdiyiniz vaxtı və pulu dahə səmərəli istifadə edə bilərsiniz.

Sığortanı isə onlayn almaq sərfəlidir. Haradan? Hesab.az – səyahət sığortası.

Əslində gərək digər şirkətlər də bunu nəzərə almış olsun. Səyahətə ən çox çıxan insanlar (korporativ müştəriləri saymasaq) öz biletlərini onlayn alır, onlar üçün sığortanı da onlayn almaq və sənədlərini özləri hazırlamaq daha rahatdır.

Necə almalı? Cəmi 3 addımda olayn sığortanızı alın.

  1. Hesab.az portalına daxil olub qeydiyyatdan keçin.

Qeydiyyatdan keçmək ona görə sərfəlidir ki, sizin şəxsi kabinetiniz yaranır və ödənişlərdən bonus qazanırsınız. Həmişəki sığortanızı alırsınız, amma bonusla birlikdə.

Ən sərfəli kredit üçün müraciət et

Bonusları isə müxtəlif hədiyyələrə dəyişmək olur.

Qeydiyyatdan keçəndən sonra sayta daxil olun. Və “Sığorta” bölməsinə klik edin və sizə lazım sığorta xidmətini seçirsiniz.

      2. Səyahətinizə dair məlumatları daxil edin.

Proqram özü sığorta xərcləriniz hesabalayacaq, siz sadəcə almaq istədiyiniz paketi və şirkəti seçəcəksiniz.

      3. Məlumatlarınızı daxil edin və ödənişi həyata keçirin.

Şəxsi və kart məlumatlaırnızı diqqətlə daxil edib ödəniş edirsiniz və sığortanız hazırdır.

Hər kəs gözəl istirahətlər.

Ən sərfəli krediti almaq üçün müraciət et