“Onlayn Peşəkar Mühasib” təlim kursuna qeydiyyat başladı | Banco.az

“Onlayn Peşəkar Mühasib” təlim kursuna qeydiyyat başladı

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) Onlayn formada keçiriləcək “Peşəkar mühasib” təlim kurslarına qeydiyyat elan edir.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək “Peşəkar Mühasib Sertifikasiyası” imtahanlarına hazırlığı ehtiva edən "Peşəkar Mühasib" təlim kursunun əsas məqsədi mühasibləri  nəzərdə tutulan sertifikasiyası imtahanlarına hazırlamaqdır.

Bildiyimiz kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mühasibat uçotu ilə bağlı 2019-cu il 22 may tarixli 237 nömrəli qərarına əsasən iri sahibkarlıq subyektləri, büdcə təşkilatları, bir sıra ictimai əhəmiyyətli qurumlar və maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasiblərinin qarşısına bir sıra tələblər qoyulmuşdur. Bu tələblərə əsasən mühasiblər  DİM tərəfindən mərhələli şəkildə keçiriləcək imtahanlarda iştirak edərək sertifikat əldə etməli və Azərbaycan Respublikası Maliyyə Nazirliyində qeydiyyatdan keçmiş Peşəkar Mühasib Təşkilatına üzv olmalı və peşəkar mühasib sertifikatını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməklə reyestrdən keçməlidir.

Qeyd etmək lazımdır ki, ARPA 2019-cu il 21 oktaybr tarixində “Peşəkar Mühasib Təşkilatı” kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən akkreditə olunmuşdur və hazırda bu istiqamətdə fəaliyyət göstərərək mühasibat uçotu sahəsində çalışan peşəkarlar üçün üzvlük imkanlarını təqdim edir.

Ən sərfəli kredit üçün müraciət et

Əlaqədar şəxs: Səadət Hüseynli

Tel: (+994 12) 505 00 56

(+994 55) 202 93 43

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et