Kreditlərin onlayn ödənişi vaxt və xərclərin idarəedilməsinin ən effektiv yoludur. Bununla siz nəinki vaxtınıza qənaet etmiş olursunuz, həm də banka getməməklə nəqliyyat xərcləri kimi xərclərdən azad olursunuz.
Əgər siz işləyirsinizsə və krediti ödəməyə vaxt tapa bilmirsə, siz hətta gecikməyə də düşə bilərsiniz. Bununla da, siz nəinki gecikmə faizi ödəməli olacaqsınız, həm də kredit tarixçəsinizdə problem yarana bilər. Lakin dünyanın istənilən nöqtəsində olmağınıza baxmayaraq siz kart vasitəsilə onlayn şəkildə kreditlərinizi ödəyə bilərsiniz.
Azərbaycanda kreditin onlayn şəkildə ödənilməsi aşağıda adları çəkilən bankların saytına daxil olmaqla, eləcə də hesab.az (GoldenPay vasitəsilə) vasitəsilə həyata keçirilə bilər. Bununla yanaşı, siz krediti onlayn şəkildə ödəməklə müxtəlif hədiyyə və bonus kampaniyalarının iştirakçısı və qalibi ola bilərsiniz.
- AccessBank Kreditin onlayn ödənişi
- AGBank Kreditin onlayn ödənişi
- Azərbaycan Beynəlxalq Bankı Kreditin onlayn ödənişi
- Bank Avrasiya Kreditin onlayn ödənişi
- Bank of Baku Kreditin onlayn ödənişi
- Bank Respublika Kreditin onlayn ödənişi
- Bank Silk Way Kreditin onlayn ödənişi
- Bank Standard Kreditin onlayn ödənişi
- DəmirBank Kreditin onlayn ödənişi
- Expressbank Kreditin onlayn ödənişi
- Kapital Bank Kreditin onlayn ödənişi
- Turan Bank Kreditin onlayn ödənişi
- Unibank Kreditin onlayn ödənişi
- Xalq Bank Kreditin onlayn ödənişi
Bununla yanaşı siz GoldenPay vasitəsilə hesab.az saytına daxil olaraq AGBank, AtaBank, Bank of Baku, Bank Respublika, Bank Standard, Embafinans, Flexicredi, Forex MuğanBank, İnvestAZ, Nikoil Bank, Turan Bank, Unibank və Yapı Kredi Bank Azərbaycan kimi maliyyə qurumları üzrə onlayn ödənişləri həyata keçirə bilərsiniz.