Onlayn alış-verişlə bağlı müəyyən suallar yaranıb | Banco.az

Onlayn alış-verişlə bağlı müəyyən suallar yaranıb

“Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) üzvlərinin ən çox nağd və nağdsız ödənişlərlə bağlı sualları yaranıb. Məhz buna görə də konfransın gedişi əsasən bu istiqamətdədir”. 

Bunu jurnalistlərə ASK-nın "Vergi sistemində aparılan islahatlar: vergi qanunvericiliyində və inzibatçılığında yeniliklər" mövzusunda iş adamları ilə keçirdiyi görüş haqqında məlumat verən qurumun baş katibi Orxan Bayramov deyib.

O.Bayramovun sözlərinə görə, sahibkarları maraqlandıran məsələlər sırasında elektron ticarətlə bağlı yeniliklər də var: “Kart vasitəsilə onlayn alış-veriş məsələləri ilə bağlı da müəyyən suallarımız var. Həmçinin, bank hesabından nağdlaşma zamanı əlavə 1%-lik vergiyə cəlb edilmə də müzakirə edilən məsələlər sırasındadır”.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, vergilər nazirinin müşaviri Ələkbər Məmmədov və nazirliyin müxtəlif strukturlarının rəhbərlərinin iştirak etdiyi tədbirə 120-dən artıq sahibkar qatılıb.

©Report