Onlayn alış-veriş zamanı nələrə diqqət yetirməliyik? | Banco.az

Onlayn alış-veriş zamanı nələrə diqqət yetirməliyik?

Müəllif - Aida İsaq, Banco.az

Bildiyiniz kimi məşhur "Qara Cümə" endrimləri artıq bu həftədən etibarən start götürüb. Eyni zamanda qarşıda bizi yeni il endrimlərinin də gözlədiyini nəzərə alsaq alış-veriş etməyin əsl vatıdır desək yanılmarıq. Bəzilərimiz ənənəvi satış mərkəzlərinə üz tutsa da, əksəriyyətimiz son dövrlər onlayn mağazalara üstünlük verir. Banco.az sizin üçün faydalı olacağını düşünərək aktual mövzuya müraciət edib. Gəlin görək, internetdən alış-veriş edərkən hansı məqamlara xüsusi diqqət yetirmək lazımdır?

  • Əmin olmadığınız e-poçtları açmayın
  • Müxtəlif şirkətlərə məxsus kampaniya ismarıclarının və bildirişlərinin orijinal mənbədən gəldiyini mütləq yoxlayın
  • Veb saytın link ünvanının düzgün olduğuna diqqət göstərin
  • Alış-veriş saytında 3D təhlükəsiz ödəniş metodunun və SSL sertifikatının, eləcə də saytın əlaqə məlumatlarının olub-olmadığını yoxlayın.
  • Şəxsi məlumatlarla bağlı detalları nəzərdən keçirin
  • Ödəniş zamanı əsas kart məlumatları əvəzinə virtual kart məlumatlarından istifadə etmək faydalıdır
  • Mümkün olduğu təqdirdə əməliyyatları şəxsi cihazlarınızla həyata keçirin
  • Tərəddüd etdiyiniz bütün əməliyyatlar zamanı parolları daim yeniləyin
  • Saxtakarlıq halları ilə üzləşməmək üçün əməliyyatları icra edərkən tələsməyin 
  • Əgər həyata keçirdiyiniz prosedurlara aidiyyatı olmayan məlumatlar tələb olunursa mütləq araşdırın

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et