“OneCoin” üçün ponzi iddiaları irəli sürülüb | Banco.az

“OneCoin” üçün ponzi iddiaları irəli sürülüb

Son günlər yaşanan Bitconnect skandalından sonra “OneCoin” üçün də ponzi iddiaları irəli sürülüb. Almaniyanın qadağan etdiyi coinlə əlaqədar Bolqarıstan da yeni bir araşdırma prosesi başladıb.

Bolqarıstan Xüsusi Prokurorluğu piramida sxemini yaratmaqda günahlandırılan məşhur rəqəmsal valyuta investisiyası planı olan OneCoin-in arasında olan şirkətlər və insanlar üçün hərtərəfli və beynəlxalq araşdırma aparır.

Yanvarın 19-da verilən açıqlama ilə rəsmi səlahiyyətlilər beynəlxalq “Eurojust” və “Europol” komandalarının, yəni Almaniyanın dəstəyi ilə Onecoin ilə əlaqədar istintaq başlatdıqlarını açıqladı. 2017-ci ilin əvvəlində bənzər bir prosesi başlayan Almaniya, Onecoin-in xoşbəxtlik zənciri olduğuna inananlardan dolayı Onecoin-i ölkədə qadağan etmişdi.

Bolqarıstan rəsmiləri son günlər Onecoin əlaqəli olduğunu düşündükləri şəxsləri təsbit etdiklərini və onlarla şübhəlinin ifadəsinin alındığını açıqlayıb.

Açıqlamada bunlar bildirilib:

“17-18 yanvar tarixlərində “Europol” və alman istintaq qrupunun də dəstəyi ilə “Wan İnternet Service” və 14 fərqli şirkətəd axtarış edildi. Bir çox material və servis ələ keçirildi, 50-yə yaxın şübhəlinin ifadəsi alındı”.

Açıqlamada istintaqın beynəlxalq xarakterliliyi vurğulanıb, son aylar öz istintaqlarını təşkil edən ölkələr diqqətə çatdırılıb. İyul ayında yayılan hesabatlarda Onecoin-in qurucusu Ruja İqnatovanın piramida iddiaları ilə əlaqəli olaraq Hind orqanları tərəfindən günahlandırıldığı ifadə edildi.

Prokurorluq verdiyi açıqlamada aşağıdakı sözləri qeyd edib:

“Hal-hazırda “OneCoin Ltd.” ilə əlaqəli şirkətlər İngiltərə, İrlandiya, İtaliya, Amerika Birləşmiş Ştatları, Kanada, Ukrayna, Litva, Latviya, Estoniya və diəgr ölkələrdə araşdırılır”.

Bunlar da maraqlıdır:

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımız Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et