OmiseGO nədir? Haradan almaq olar? | Banco.az

OmiseGO nədir? Haradan almaq olar?

 

OmiseGO (OMG) cənub-şərqi Asiyanın qabaqcıl onlayn ödəniş platforması “Omise”-nin Blockchain əsaslı törəmə şirkətlərdindən biri sayılır. OmiseGO Blockchain komandası 2015-ci ildə Etereum birliyində yer aldı, daha sonra “proof of stake” (PoS) araşdırmaları apardı.

OmiseGO qrupu miqyaslı və qlobal Blockchain keçidi ilə yola çıxdı. Platforma kriptovalyuta və qiymət əməliyyatlarını sürətli şəkildə reallaşdırmaq üçün inkişaf etdirilir. “Ethereum Plasma” istifadə edilərək minimum əməliyyat haqları və təhlükəsizlik hədəflənir.

Ağ etiketli cüzdan proqramı tərtib etmə vasitəsi (SDK): SDK rəqəmsal cüzdanlar üçün standart qaydaları müəyyən edən bir sıra xüsusiyyətləri ehtiva edir. OmiseGO bu standartlara öz özəlliklərini də əlavə edərək cüzdan tərtibatçıları üçün böyük imkanlar yaradır. Həmçinin, platforma rəqəmsal cüzdanların yaradılmasını sadələşdirilməsini məqsəd qoyur.

Mərkəzsiz birja (DEX): Belə birjalar hər hansı rəqəmsal dəyərin əməliyyat görə biləcəyi miqyaslı və “proof of stake” sistemi ilə işləyən platformalardır. “Proof of stake” sistemi token sahiblərinin tokenlərini səhm (stake) olaraq istifadə edib, əməliyyatlar və əməliyyat haqlarının müəyyənləşdirilməsinə çalışır.

Miqyaslı şəbəkə mexanizmi: OMG-nin ən əhəmiyyətli xüsusiyyəti Ethereum maliyyə sistemi üçün miqyaslanma təklif etməsidir. OMG “Plasma” strukturuna uyğun olaraq tərtib olunub və saxta girişlərə qarşı tədbir görə biləcək, əməliyyatların şəbəkə üzərində yükünü azaldacaq şəkildə dizayn edilib. OMG Ethereum şəbəkəsinə bağlı olaraq işləyə bilən Blockchain şəbəkəsi sayəsində hücumlara qarşı güclü müdafiəyə sahibdir.

Nağdsız depozitlər və pul çəkmələri: OmiseGO cüzdanları bank kartları və kredit kartları ilə birlikdə işləyə biləcək və ATM-lərdən pul çıxarmaq və ya yerləşdirmək mümkün olacaq. Beləliklə, OmiseGo bir növ bank funksiyası daşıyıb, pul əməliyyatlarını bir platforma vasitəsilə həyata keçirmək niyyətindədir. Bütün əmanətlər dərhal OmiseGo Blockchain-i vasitəsilə tokenlər ilə dəyişdirilə bilər.

Harada almaq olar?

OmiseGO OMG tokenlərinin ümumi bazar dəyəri 1 milyard dollardan artıqdır. Həmin tokenlərdən əksəriyyəti “Binance”-da cəmləşib. Həmçinin, “Bit-Z” birjasından da almaq mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et