"Ölüm riski var, amma Marsa uçacağam" | Banco.az

"Ölüm riski var, amma Marsa uçacağam"

Amerikalı sahibkar Elon Musk, yeddi il ərzində Marsa uça biləcəyini deyib.

"Axios"a müsahibə verən Musk, Marsa getməsi ehtimalının 70% olduğunu deyib. 7 il ərzində belə bir səfərin mümkün olacağını bildirən Musk, Mars biletlərinin bir neçə yüz min dollar olacağını söyləyib.

Marsa səfərin ölümcül ola biləcəyinin fərqində olduğunu bildirən Musk, "Marsda ölmək ehtimalınız Dünyada ölmək ehtimalınızdan daha yüksəkdir. Çətin olacaq. Ölüm ehtimalı yüksəkdir, kosmosun dərinliklərinə enmə ehtimalı aşağıdır" ifadələrini istifadə edib.

Marsa eniş edər-etməz sürətli bir şəkildə bir baza inşa edilməsi lazım olduğunu bildirən Musk, "Kef üçün vaxt yoxdur. Bunu etdikdən sonra belə çətin bir ətraf mühit olacaq. Bu səbəbdən ölüm ehtimalı yüksək olacaq. Biz geri qayıda biləcəyinizi düşünürük, amma bundan əmin deyilik" ifadələrini istifadə edib.

Ən sərfəli kredit üçün müraciət et

Marsa səyahət üçün keçiriləcək reklam haqqında da danışan Musk, bu reklamın Shackleton-ın Antarktida reklamına bənzəməsi lazım olduğunu söyləyib.

1914-cü ildə Cənub Qütbünə səfərə çıxan Ernest Shackleton, "The Times"a bir reklam vermiş, reklamda "Aşağı maaş, amansız bir soyuq, tamamilə qaranlıqda uzun aylar, daim təhlükə, qayıtmamaq təhlükəsi və uğur vəziyyətində qazanılacaq şərəf qarşılığında təhlükəli səyahətə çıxacaq adamlar axtarılır" ifadələri yer almışdı.

Marja.az