Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana cari ilin birinci yarısıda 1 milyard 58 milyon dollarlıq yeyinti məhsulları idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yeyinti məhsullarının idxalına çəkilən xərc 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,1% və ya 1 milyon 483 min dollar artıb.
Məlumata görə, ötən ilin birinci yarısında idxal edilən yeyinti məhsullarının dəyəri 1,56 milyon dollar olub.
Qeyd edək ki,bu ilin 6 aylıq dövründə idxal edilən yeyinti məhsullarının Azərbaycanın ümumi idxalında xüsusi çəkisi isə 12,91% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!