Ölkəyə göndərilən pul baratlarının həcmi 3.3 dəfə artıb | Banco.az

Ölkəyə göndərilən pul baratlarının həcmi 3.3 dəfə artıb

Bu ilin yanvar-iyun aylarında təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 2.1 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilib.

Daxilolmalar 1.7 mlrd. dollar, ödənişlər isə 0.4 mlrd. dollar təşkil edib. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 96.7%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 2.1%-ni ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 1.2%- ni isə digər daxilolmalar təşkil edir.

Ölkəyə göndərilən pul baratlarının həcmi 3.3 dəfə artaraq 1.6 mlrd. dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 17.4% artaraq 0.3 mlrd. dollar olub. Nəticədə pul baratları üzrə 1.3 mlrd. dollar müsbət saldo yaranıb.

Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 1.3 mlrd. dollarlı (5.9 dəfə artım) təşkil edib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram