Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 1 431 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 69 ədəd və yaxud 5,1% çoxdur.
Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 6 ədəd və yaxud 31,5% artaraq 25-ə, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin idxalı 50 ədəd və yaxud 4% azalaraq 1 185-ə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 2 dəfə artaraq 197-yə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 2,4 dəfə artaraq 26-ya çatıb.
Mənbə: Report.az