Ölkəyə 5,4 mln. dollarlıq 80 ədəd avtobus idxal edilib | Banco.az

Ölkəyə 5,4 mln. dollarlıq 80 ədəd avtobus idxal edilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-iyul aylarında 80 ədəd avtobus idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən avtobusların dəyəri illik müqayisədə 88,2% azalıb.

Belə ki, 80 ədəd avtobusa görə, ölkədən 5,4 milyon ABŞ dolları valyuta çıxıb. Ötən ilin eyni dövründə bu göstərici 45,7 milyon ABŞ dolları dəyərində idi.

Qeyd edək ki, 2022-ci ilin ilk 7 ayında Azərbaycana 329 ədəd avtobus idxal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram