Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda həyat sığortası üzrə (yığım sığortası istisna olmaqla) sığorta haqlarının cari 124 milyon manatdan 280 milyon manata, könüllü sığorta üzrə (həyat sığortası istisna olmaqla) sığorta haqlarının isə cari 350 milyon manatdan potensial olaraq 630 milyon manata çatdırılması hədəflənir.
Banco.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda qeyd edilib.
Sənədə görə, ölkənin sığorta sektorunun aktivlərinin 3,7 milyard manata çatdırılması hədəflənir. Cari vəziyyət isə 1 milyard 912 milyon manatdır (30/09/2023 tarixinə olan məlumat).
Bizi sosial şəbəkələrdən izləyin!!