2016-cı ilin üçüncü rübünü də başa vurduq. Banco.az saytı üçüncü rübün nəticələrinə əsasən ölkənin ən güclü 5 bankını təyin etməyə çalışdı.
Məlumat üçün bildirmək istərdik ki, araşdırma sadəcə maliyyə göstəricilərini açıqlamış banklar arasında aparılmışdır.
2016-cı ilin üçüncü rübündə aktivlərinin həcminə görə ən güclü 5 Bank
**Şəkillərə daha rahat baxa bilmək üçün üzərinə klikləyin.
Bank aktivlərinin ümumi həcmində "Kapital Bank" 2 mlrd 807 milyon manatlıq xüsusi çəkiyə sahibdir.
Bununla yanaşı, aktivlərin ümumi həcmində ən yüksək göstəriciyə malik növbəti dörd bank "Paşa Bank" (2.78 mlrd. manat), "Xalq Bank" (1.74 mlrd. manat), "AccessBank" (1.05 mlrd. manat) və "Bank Respublika" (912 mln. manat) daxildir.
Qeyd edək ki, aktivlərinin həcminə görə sıralamanın 6-cı yerində 807 mln. manatla "Azər Türk Bank" qərarlaşıb.
Həmçinin bax: Aktivlərinin həcminə görə bankların ümumi reytinqi
2016-cı ilin üçüncü rübündə kredit portfelinin həcminə görə ən güclü 5 Bank
2016-cı ilin üçüncü rübü ərzində "Xalq Bank" müştərilərə 1.3 mlrd. manat , "Kapital Bank" 1.2 mlrd. manat. , "Paşa Bank" 809 mln. manat , "AccessBank" 616 mln. manat , "Unibank" isə 442 mln. manat kredit vermişdir.
Həmçinin bax: Kredit portfelinin həcminə görə bankların ümumi reytinqi
2016-cı ilin üçüncü rübündə depozitlərinin həcminə görə ən güclü 5 Bank
Öhdəliklərin mühüm hissəsi olan depozitlər üzrə ilk beşliyə liderlik edən bank "Paşa Bank"dır. Bankın depozit portfeli 1 mlrd. 953 mln. manat təşkil edir.
Beşliyə daxil olan digər 4 bank - "Kapital Bank" 1,6 mlrd. manat , "Xalq Bank" 1,2 mlrd. manat , "Azər-Türk Bank" 582 mln. manat, "Bank Respublika" isə 553 mln. manat cəlb edə bilmişdir.
"Unibank" depozit portfelinin həcminə görə sıralamanın 6-cı yerində 367 mln. manatla qərarlaşıb.
Həmçinin bax: Depozit portfelinin həcminə görə bankların ümumi reytinqi