Ölkənin ən güclü 5 bankı | Banco.az

Ölkənin ən güclü 5 bankı

Artıq 2017-ci ilin birinci yarısını geridə qoyduq. Banklarımız sözügedən dövr üçün maliyyə hesabatlarını açıqlayıb. Biz də, 4 maliyyə göstəricisi üzrə banklar arasında ən güclü beşliyi təyin etməyə çalışdıq. Bunun üçün 2017-ci ilin yarımillik nəticələrinə müraciət etdik. 

Qeyd: "5 Güclü Bank" 2017-ci ilin ilk yarımili üzrə maliyyə göstəricilərini açıqlamış banklar arasından seçilmişdir. Beynəlxalq Bank nəticələrini açıqlamadığından reytinqdə yer almayıb.

2017-ci ilin yarısında aktivlərinin həcminə görə ən güclü 5 Bank

**Şəkillərə daha rahat baxa bilmək üçün üzərinə klikləyin.

 

Bank aktivlərinin ümumi həcmində "Paşa Bank" 3 milyard 334 milyon manatlıq xüsusi çəkiyə malikdir. Bununla yanaşı, aktivlərin ümumi həcmində ən yüksək göstəriciyə malik növbəti dörd banka "Kapital Bank" (3.19 mlrd. manat), "Xalq Bank" (1.85 mlrd. manat), "ASB Bank" (936 mln. manat) və "AccessBank " (873 mln. manat) daxildir. 

 

Həmçinin bax: Aktivlərinin həcminə görə bankların ümumi reytinqi 

2017-ci ilin yarısında kredit portfelinin həcminə görə ən güclü 5 Bank

 

2017-ci ilin ilk yarımili ərzində "Xalq Bank" müştərilərə 1.34 mlrd. manat , "Kapital Bank" 1.18 mlrd. manat. , "Paşa Bank" 820 mln. manat , "AtaBank" 532 mln. manat , "AccessBank" isə 507 mln. manat kredit vermişdir.

Ən sərfəli kredit üçün müraciət et

 

Həmçinin bax: Kredit portfelinin həcminə görə bankların ümumi reytinqi 

2017-ci ilin yarısında depozitlərinin həcminə görə ən güclü 5 Bank

 

Öhdəliklərin mühüm hissəsi olan depozitlər üzrə ilk beşliyə liderlik edən bank "Paşa Bank"dır.  Bankın depozit portfeli 2.64 mlrd. manat təşkil edir.

 

Beşliyə daxil olan digər 4 bank -  "Kapital Bank" 2,33 mlrd. manat , "Xalq Bank" 1,23 mlrd. manat , "ASB Bank" 608 mln. manat, "Bank Respublika" isə 471 mln. manat cəlb edə bilmişdir. 

Həmçinin bax: Depozit portfelinin həcminə görə bankların ümumi reytinqi 

2017-ci ilin yarısında kapitalının həcminə görə ən güclü 5 Bank

2017-ci ilin ilk yarımilində "Paşa Bank" 357 mln. manat , "Kapital Bank" 272 mln. manat. , "Xalq Bank" 245 mln. manat , "AtaBank" 152 mln. manat , "Expressbank" isə 144 mln. manat cəmi kapitala malik olmuşdur.

Həmçinin bax: Cəmi kapitalının həcminə görə bankların ümumi reytinqi

Ən sərfəli krediti almaq üçün müraciət et