Ölkənin ən böyük bankından qlobal şirkətlər üçün daha bir ilk | Banco.az

Ölkənin ən böyük bankından qlobal şirkətlər üçün daha bir ilk

Azərbaycan Beynəlxalq Bankı hər zaman olduğu kimi yeni texnologiyaların tətbiqi sayəsində korporativ müştərilərinə xidmət imkanlarını daha da genişləndirməkdədir.

İndi Bankın korporativ müştəriləri daha mütərəqqi rəqəmsal kanal vasitəsilə əməkhaqqı köçürmələrini həyata keçirə bilərlər. Belə ki, Bankın müştərisi olan transmilli şirkətlərin ənənəvi üsullardan istifadə etmədən yalnız SWIFT sorğusu (MT 101) əsasında əməkdaşlarının əməkhaqqı köçürmələrini icra etməsi mümkündür.

Bankın korporativ müştərilərinə təqdim etdiyi yeni xidmətin əsas üstünlüyü ondan ibarətdir ki, xaricdə bank hesabına malik korporativ müştərilər vahid platformadan (SWIFT) istifadə etməklə bank hesablarından həm milli, həm də xarici valyuta ilə əməkhaqqı köçürmələrini birbaşa rahat şəkildə həyata keçirə bilərlər.

Bu xidmətdən yalnız SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) sistemində qeydiyyatdan keçmiş korporativ müştərilərin yararlanması mümkündür.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı ölkə xaricində ən böyük müxbir şəbəkəsinə malik olan bankdır. Ona görə də Azərbaycanda fəaliyyət göstərən bir çox qlobal şirkətlər onlara maliyyə xidmətlərinin təmin olunması üçün məhz Azərbaycan Beynəlxalq Bankını seçir.

Ən sərfəli kredit üçün müraciət et

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et