Ölkənin bank sektorunun aktivləri 3% artıb | Banco.az

Ölkənin bank sektorunun aktivləri 3% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin 10 ayında ölkədə fəaliyyətdə olan bankların cəmi aktivləri 46,146.6 mln. manat, cəmi öhdəlikləri 40,233 mln. manat, balans kapitalı 5,913.6 mln. manat olub.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, oktyabr ayında bankların cəmi aktivləri və сəmi öhdəlikləri müvafiq olaraq 1.4% və 1.8% artıb.

Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə isə bu göstəricilər müvafiq olaraq 3,3%, 2,5% və 8,9% çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram