Ölkəmizə idxal olunan yeni avtomobillərin bahalaşması gözlənilir | Banco.az

Ölkəmizə idxal olunan yeni avtomobillərin bahalaşması gözlənilir

Sentyabr ayında avtomobil bazarında aktivlik zəif olub.

Bu barədə nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, sentyabrın ikinci yarısı aktivlik gözlənilsə də, bu, baş vermədi: "Hazırda köhnə avtomobil bazarında mühərrik həcmi 1500 kub metrlik və dizellə çalışan avtomobillərə üstünlük verilir. Yeni avtomobillərdən isə "krassover"lərə və mini "krassover"lərin alışına üstünlük verilir. Bundan başqa, vətəndaşların ekoloji təmiz avtomillərə də marağı artıb".

Ekspert bildirib ki, Azərbaycanın avtomobil bazarında iyul ayında qiymətlər 2% bahalaşmışdı.

"Bahalaşmaya əsas səbəb istehsalçı şirkətlər idi. Belə ki, şirkətlər ehtiyyat hissələrinin və daşınma xidmətlərinin yüksəlməsi səbəbindən istehsal olunan komfortlu avtomobillərin qiymətlərini qaldırmışdılar. Ehtimal olunur ki, ilin sonuna qədər də ölkəmizə idxal olunan avtomobillərin qiymətlərində 2% civarında artım olsun", - deyə ekspert bildirib.\

Ən sərfəli kredit üçün müraciət et

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et