Ölkəmizdə pul bazasında irəliləyiş olub | Banco.az

Ölkəmizdə pul bazasında irəliləyiş olub

Banco.az Mərkəzi Banka istinadən məlumat verir ki, 2015-ci ilin iyunun 1-nə Azərbaycanda genişləndirilmiş pul bazası 7597.3 mln manat təşkil edib, bu da ötən ayla müqayisədə 2% çoxdur. Göstərici fevral ayının əvvəlindən indiyə kimi azlan xəttlə inkşaf edib. Son 5 ayda pul bazasında ilk dəfə artım qeydə alınıb.

Ötən ilin eyni dövründə bu göstərici 11272.2 mln manat olub. Buradan belə qənaətə gəlmək olar ki, pul bazası 1 il ərzində təxminən 33% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Pul bazası dedikdə, pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.