Banco.az Mərkəzi Banka istinadən məlumat verir ki, 2015-ci ilin sentyabrın 1-nə Azərbaycanda genişləndirilmiş pul bazası 6352.1 mln manat təşkil edib, bu da ötən ayla müqayisədə 17,56% (1115,4 mln) azdır. Göstərici fevral ayının əvvəlindən indiyə kimi azalan xəttlə inkşaf edib. Son 5 ayda pul bazasında ilk dəfə may ayında (7597.3 mln) artım qeydə alınıb.
Ötən ilin eyni dövründə bu göstərici 11743.6 mln manat olub. Buradan belə qənaətə gəlmək olar ki, pul bazası 1 il ərzində təxminən 84,88% (5391,50 mln) azalıb.
Qeyd edək ki, Pul bazası dedikdə, pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.