Ölkəmizdə pul bazası azalıb | Banco.az

Ölkəmizdə pul bazası azalıb

Banco.az Mərkəzi Banka istinadən məlumat verir ki, 2015-ci ilin iyulun 1-nə Azərbaycanda genişləndirilmiş pul bazası 7487.0 mln manat təşkil edib, bu da ötən ayla müqayisədə 1.45 % (110,3 mln) azdır. Göstərici fevral ayının əvvəlindən indiyə kimi azalan xəttlə inkşaf edib. Son 5 ayda pul bazasında ilk dəfə keçən ay artım qeydə alınıb.

Ötən ilin eyni dövründə bu göstərici 11485.2 mln manat olub. Buradan belə qənaətə gəlmək olar ki, pul bazası 1 il ərzində təxminən 34.81% (3998,2 mln) azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Pul bazası dedikdə, pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.