2017-ci ilin yanvar-aprel aylarında ölkə sənayesində 12,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6% az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir ki, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,8% artıb, neft sektorunda isə 7,5% azalıb.
Mədənçıxarma sektorunda neft hasilatı 9,5%, əmtəəlik qaz hasilatı isə 0,2%-ə düşüb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,2% azalıb.
Mənbə: Apa.az