Müəllif - Aida İsaq, Banco.az
2022-ci ilin sonunda 58 ölkədə 258 milyondan çox insan ərzaq təhlükəsizliyi ilə bağlı ciddi problemlərlə üzləşib.
Banco.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) saytında dərc olunmuş hesabatda bildirilir. Məlumata görə, 2022-ci ildə ardıcıl dördüncü il kəskin qida çatışmazlığından əziyyət çəkən insanların sayında artım tendensiyası müşahidə olunur. Bu artım böyük ölçüdə əhali arealını əks etdirir. Bundan başqa, ərzaq təhlükəsizliyinin səviyyəsi 21,3%-dən 22,7%-ə yüksəlib.
Təşkilatın məlumatına görə, ərzaq çatışmazlığı xüsusilə Somali, Əfqanıstan, Burkina Faso, Haiti, Nigeriya, Cənubi Sudan və Yəməndə kəskin şəkildə müşahidə olunur. Həmçinin vurğulanır ki, münaqişələr hələ də ərzaq böhranlarının əsas səbəbidir. Eyni zamanda Ukrayna münaqişəsinin də, bütün dünyada ərzaq təhlükəsizliyinə mənfi təsir göstərdiyi qeyd olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!