Müəllif - Aida İsaq, Banco.az
Əksər Qərb ölkələrinin Rusiyanın enerji resurslarını idxal etməkdən imtina etməsi onların Rusiyadan neft və qaz alışını dayandırmayıb.
Banco.az xəbər verir ki, bu barədə danışan Federasiya Şurasının spikeri Valentina Matvienkonun sözlərinə görə, həmin ölkələr hazırda vasitəçilər vasitəsilə neft və qaz alışını davam etdirir. Üstəlik o, bu cür formada müvafiq enerji resurslarının baha qiymətə əldə olunduğunu vurğulayıb.
Onun sözlərinə görə, hazırda qlobal bazarda enerji resurslarının istehsalının artırılmasını stimullaşdıracaq mənbələr yoxdur. Ona görə də Qərb ölkələri hazırda satışda olan məhdud miqdarda yanacaq ehtiyatını tədarük etməli olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!