Ölkələr paytaxtını niyə dəyişir? | Banco.az

Ölkələr paytaxtını niyə dəyişir?

Ümumi əhalisi 430 milyon olan 5 ölkə paytaxtlarını köçürməyə hazırlaşır. Bura həm siyasi, həm də iqtisadi amillər daxildir.

Bəs siyahıya hansı ölkələr daxildir?

Dünyada əhalinin ən sıx məskunlaşdığı ölkələrdən biri olan İndoneziyanın paytaxtı Cakartadan köçürüləcək. 30 milyondan çox əhalisi olan paytaxtın köçürülməsi ilə bağlı hazırlıqlar 2019-cu ildə başlansa da, proses COVID-19 səbəbindən ləngiyib.

Paytaxtın 2024-cü ildə Borneo adasındakı Nusantara adlı yeni şəhərə köçürülməsi planlaşdırılır. Paytaxtın köçürülməsi həm əhalinin artması, həm də digər səbəblərlə bağlıdır.

Təxminən 275 milyon əhalisi ilə ölkənin ən böyük şəhəri olan Yava adasında yerləşən Cakarta hər il müxtəlif təbii faciələr, xüsusilə də sel fəlakətləri ilə üzləşir. Üstəlik, şəhərin şimalı batmaq təhlükəsi ilə üz-üzədir.

2050-ci ilə qədər şəhərin təqribən 25 faizinin dəniz səviyyəsinə və ya daha aşağıya enəcəyi təxmin edilir.

Paytaxtın köçürülməsindən sonra Cakarta ticarət və maliyyə mərkəzi mövqeyini qoruyacaq, təxminən 2000 kilometr məsafədə yerləşən Nusantara isə hökumət binalarına ev sahibliyi edərək inzibati paytaxta çevriləcək.

Dünyanın ən sıx məskunlaşdığı şəhərlər arasında yer alan Misirin paytaxtı Qahirə Afrika və müsəlman dünyası üçün əhəmiyyətli şəhərlər arasında olmaqla yanaşı, minlərlə illik tarixi ilə də dünyanın qabaqcıl şəhərlərindən biridir.

Dünyanın 7 möcüzəsindən biri olan Piramidaların yerləşdiyi şəhərin 20 milyona yaxın əhalisi var.

2050-ci ilə qədər şəhər əhalisinin 40 milyona çatacağı təxmin edilərkən, bütün bu xaosu aradan qaldırmaq, hökumət binalarını yaxınlaşdırmaq üçün yüksək səviyyəli ictimai binaları, səfirlikləri və mühüm maliyyə qurumlarını özündə birləşdirən yeni paytaxtın tikintisinə 2015-ci ildə başlanılıb. Layihənin yekunlaşması ilə bağlı dəqiq tarix verilməsə də, paytaxtın köçürülməsinin 6-7 il çəkəcəyi proqnozlaşdırılır. Layihəyə evlər, otellər, məscidlər, kilsələr, parklar, universitetlər, tədqiqat mərkəzləri və təxminən 6 milyon insanın yaşayacağı yeni beynəlxalq hava limanı daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Yeni şəhər hələlik Yeni İnzibati Paytaxt adlandırılıb.

Paytaxtını köçürmək qərarına gələn digər ölkə Cənubi Koreyadır. Paytaxt Seuldan köçmək planları 2003-cü ildə irəli sürülüb və 2007-ci ildə Seuldan təxminən 120 kilometr cənubda Sejonq şəhəri salınmağa başlayıb.

Bu gün Prezident Sarayı və parlament istisna olmaqla, bütün nazirlik və hökumət idarələrinin köçürüldüyü Sejong şəhərinə tam köçürmənin 2030-cu ildə başa çatdırılması, hazırda əhalisi 350 min olan şəhər sakinlərinin 2030-cu ilə qədər artması planlaşdırılır.

Cənubi Koreyanın paytaxtının Seuldan köçürülməsinin səbəbləri arasında İndoneziya və Misirdə olduğu kimi əhalinin artması göstərilir. Təxminən 25 milyon insanın yaşadığı Seulun Şimali Koreya sərhədindən təxminən 30 kilometr aralıda olması təhlükəsizlik problemləri yaradır.

Seuldan Sejonqa köçməyin başqa bir səbəbi iqtisadi fəaliyyətləri İndoneziyada olduğu kimi, ölkənin mərkəzi bölgələrinə yaymaqdır.

İndoneziya, Misir və Cənubi Koreya kimi Ekvatorial Qvineya və ada ölkəsi Montserrat da paytaxtlarını köçürməyə qərar verən ölkələr sırasındadır. Prosesin 2030-cu ilə qədər bitməsi gözlənilir.

modern.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et