Müəllif: Gülnar Əhmədli, Banco.az
Malta Aralıq dənizində Malta arxipelaqında yerləşən strateji mövqeyi və zəngin tarixi ilə seçilən bir ada ölkəsidir. Həm Avropaya, həm də Şimali Afrikaya yaxın olduğuna görə bir çox sivilizasiyalar tarix boyu Maltanı idarə etmək istəyiblər. Paytaxtı Valletta UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir və barokko üslublu binaları ilə tanınır.
Malta həm də möhtəşəm çimərlikləri, mavi dənizi və kristal kimi təmiz suları ilə dalğıc və su idmanı həvəskarları üçün məşhur bir yerdir. Ən kiçik ölkələr siyahısında olmasına baxmayaraq, Malta həm tarixi, həm də təbii gözəllikləri ilə ziyarətçilərinə bir-birindən maraqlı mənzərələr təqdim edir. Bu ölkə haqqında 16 faktı tədim edirik:
1. Maltada ilin hər gününü təmsil edən 365 kilsə var.
2. Ölkədə rəsmi dil Malta dili olsa da, əhalinin əksəriyyəti ingiliscə danışır.
3. Bu kiçik ada ölkəsi 2004-cü il mayın 1-də Avropa İttifaqına üzv olub.
4. Afrika qitəsindən 288 km şimalda və Siciliyadan 93 km cənubda yerləşir.
5. 2011-ci ilin mart ayında Maltada 453 nəfər hekayə kitabı personajları kimi geyinərək rekord qırıb.
6. Napoleon 1798-ci ildə Misirə doğru irəliləyərkən Malta adasını işğal edib. Bununla məşhur Malta cəngavərləri tarixin ən böyük məğlubiyyətini yaşayıblar.
7. 1964-cü ildə Böyük Britaniyadan müstəqillik qazanıb. Malta o vaxta qədər Birləşmiş Krallığın xaricdəki ərazisi idi.
8. Maltada məşhur acı-portağal və bitki ətirli sərinləşdirici içki var.
9. Ölkənin ən məşhur yerli desertlərinə kannoli və "Helva tat-Tork" (halva) daxildir.
10. Maltanın paytaxtı Valletta 1565-ci ildə şəhər planı tərtib edilmiş ilk Avropa şəhəri kimi tanınır.
11. Tarixi xarabalıqlar, o cümlədən 11 meqalit abidə, Maltada insanların eramızdan əvvəl 5000-ci ildən bəri yaşadığını göstərir.
12. Maltalı idmançılar bu günə qədər dəfələrlə Olimpiya Oyunlarına qatılsalar da, Maltanın heç bir Olimpiya medalı yoxdur.
13. 500.000 əhalisi olan Malta hər il 3 milyon turist qəbul edir.
14. Ölkənin əhalisi kiçik bir şəhər ölçüsündə olsa da, Malta dünyanın ən sıx məskunlaşdığı 8-ci ölkədir.
15. Malta üç əsas adadan ibarətdir: Malta, Qozo və Komino. Hər birinin özünəməxsus turistik yerləri var.
16. Maltanın ənənəvi balıqçı qayıqları ola luzzular rəngli göz motivləri ilə bəzədilib. Bu gözlərin pis ruhları dəf etdiyinə və balıqçılara şans gətirdiyinə inanılır.
Bizi sosial şəbəkələrdən izləyin!!