Ölkələr haqqında maraqlı faktlar: Danimarka | Banco.az

Ölkələr haqqında maraqlı faktlar: Danimarka

Müəllif: Gülnar Əhmədli, Banco.az

Danimarka Skandinaviya yarımadasının incisi kimi tanınır. Çünki bu möhtəşəm ölkənin kiçik torpaqlarında köklü mədəniyyət və tarixi sərvətlər var. Danimarka haqqında maraqlı faktları təqdim edirik. 

1. Lester Universitetində aparılan araşdırmaya görə, danimarkalılar dünyanın ən xoşbəxt və ən dinc insanlarıdır.

2. Kopenhagen Kral Kitabxanası Skandinaviyanın ən qədim kitabxanasıdır (1673). Onun fondunda 500 000 cild kitab və 20 000 əlyazma var. 

3. Dünyanın ən qədim bayrağı "Dannebrog" adlandırılan Danimarka bayrağıdır.

4. Kopenhagendəki əyləncə parkı olan "Tivoli" Avropanın ən böyük və ən məşhur parklarından biridir. Bu həm də dünyanın ən qədim əyləncə parkıdır. 

5. Danimarkada həbsxanadan qaçmağa cəhd etmək cinayət deyil. Məhkum tutularsa, o, cəzasını çəkdiyi cəza müddətini çəkməyə davam edəcək və əlavə cəza əlavə edilməyəcək.

6. Farer adaları əvvəllər Norveçə aid idi. Norveç kralı poker oyununda Danimarka kralına uduzduqdan sonra 7 ada Danimarka krallığının bir hissəsi oldu.

7. Dünyanın ən uzun piyada küçəsi "Stroget" Danimarkadadır və ümumi uzunluğu 1,8 km-dir.

8. Dünyada cinayətkarın günahını sübut etmək üçün barmaq izlərindən istifadə edən ilk ölkə Danimarkadır.

Ən sərfəli kredit üçün müraciət et

9. Danimarkalıların çoxu yüksək vergilər səbəbilə avtomobil ala bilmir. Burada avtomobil vergisi Avropada ən yüksək vergilərdən biridir. Vergi hətta maşının dəyərini də üstələyir.

10. Danimarka avtobuslarının maraqlı xüsusiyyəti var. Belə ki, avtobuslar rahatlıqla sağa əyilə bilirlər. Bu səbəblə də əlil arabası olanlar avtomobilə asanlıqla minə bilirlər. Avtobuslarda pulsuz vayfay da var.

11. Adətən danimarkalıların iş günü səhər 8-də başlayır və axşam 4-də bitir. Mağazalar ən geci axşam saat 5-6-ya qədər işləyir, çünki onlar nə qədər çox işləsələr, bir o qədər çox vergi ödəməlidirlər.

12. Danimarkanın iqlimi olduqca qəribədir. Temperatur 10-20°C-dən çox deyil. Üstəlik, çox vaxt yağış yağır. Danimarkalılar hətta zarafat edirlər ki, yay və qış arasındakı yeganə fərq yağışın temperaturudur.

13. LEGO oyuncaqları Danimarkanın ən məşhur ixtiralarından biridir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram