“Ölkələr 2030-cu ilə qədər kömür enerjisindən istifadəni tamamilə dayandırmalıdır” | Banco.az

“Ölkələr 2030-cu ilə qədər kömür enerjisindən istifadəni tamamilə dayandırmalıdır”

Müəllif - Aida İsaq, Banco.az

İnkişaf etmiş iqtisadiyyata sahib ölkələr 2030-cu ilə qədər kömür enerjisindən istifadəni tamamilə dayandırmalıdır.

Banco.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş bildirib. O, buna əsas səbəb olaraq, beynəlxalq səviyyədə iqlim şəraitinin pisləşməsini və qlobal istiləşmənin sürətlənməsini göstərib. Məlumata görə, yaşadığımız əsrin sonuna qədər qlobal orta temperatur 2,8°C yüksələ bilər. Qarşıdan gələn 5 ilin tarixin ən isti mövsümü olacağı qeyd olunur. Buna görə də, iqlim böhranının qarşısını almaq üçün aparıcı ölkələr kömür istehsalı da daxil olmaqla qalıq yanacaqların istifadəsindən imtina etməlidir.

Qeyd edək ki, daha öncə ABŞ, İngiltərə, Fransa, İtaliya, Almaniya, Yaponiya və Kanada liderləri inkişaf etməkdə olan ölkələrdə infrastrukturun inkişafı üçün 2027-ci ilə qədər 600 milyard dollar toplamaq barədə razılığa gəlib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram