Ölkədən Türkiyəyə təbii qazın ixracı artırılacaq | Banco.az

Ölkədən Türkiyəyə təbii qazın ixracı artırılacaq

Azərbaycan Türkiyəyə təbii qaz ixracını artırır.

Banco.az xəbər verir ki, Türkiyəyə təbii qazın ixracı 2023-cü ildə 3,5 milyard kubmetr artırılacaq.

Energetika Naziri Pərviz Şahbazov Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən "Rusiya Enerji Həftəsi"ndə jurnalistlərin suallarını cavablandırıb. O, hazırda illik 6 milyard kubmetr olan təbii qaz ixracının 2023-cü ildə 3,5 milyard kubmetr artırılmasına dair razılıq əldə edildiyini bildirilib.

Qeyd edək ki, gələn il ölkəmizdən Avropa və Türkiyəyə təbii qaz ixracının ümumilikdə 16 milyard kubmetrə çatacağı proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et