Ölkədəki sığorta şirkətlərinin mənfəətliliyi artıb | Banco.az

Ölkədəki sığorta şirkətlərinin mənfəətliliyi artıb

Bu ilin birinci yarısında Azərbaycanın həm həyat, həm də qeyri-həyat sığorta şirkətləri daha çox mənəət generasiya ediblər. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin ilk yarısı ilə müqayisədə həyat sığortası şirkətləri üzrə xalis mənfəət 35% artaraq 46 mln. manat, qeyri-həyat sığorta şirkətləri üzrə isə 58% artaraq 32 mln. təşkil edib.

Məlumata görə, hər iki qrup üzrə artımın drayveri əsas əməliyyat gəlirlərinin artımı olub. 

Qeyd edək ki, hazırda Azərbaycanda 19 sığorta şirkəti fəaliyyət göstərir. Bunlardan 5-i həyat, 14-ü isə qeyri-həyat sığorta şirkətidir. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram