Ölkədə yumurtanın qiyməti bahalaşa bilər? - AÇIQLAMA | Banco.az

Ölkədə yumurtanın qiyməti bahalaşa bilər? - AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycandan Rusiyaya toyuq yumurtasının ilk tədarükləri bu həftənin sonuna planlaşdırılır.  Bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.  Bildirilib ki, yumurtanın idxalı bu məhsulun bahalaşması ilə mübarizə üsullarından biridir.

Azərbaycandakı fərdi ticarətçilər bildirir ki, Azərbaycandan Rusiyaya yumurta ixracı daxili bazarda qiymətlərin yüksəlməsinə səbəb ola bilər. 

Bu barədə Banco.az-a açıqlama verən Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirdi ki, qiymətlərin yüksəlməsi mümkün deyil:

“Rusiya bizim üçün böyük bazardır. Həm logistika xərci baxımından, həm yaxınlığı, həm rahat satışımız üçün böyük imkanlar vəd edir. Ölkədə kifayət qədər rəqabət apara bilən, süfrə yumurtası istehsal edən müəssisələr var ki, satış artdıqca onlar da iş gücünü artırırlar. Qeyd edim ki,   yumurta istehsalı ilə məşğul olan müəssisələrimiz yaxın 3 ayda istehsal güclərini 15-20% artıracaqlar.

Yumurta satıldıqca təklif artmağa başlayır. Əminliklə deyə bilərəm ki, bazarda tələbi tam üstələyəcək qədər yumurta olacaq. Ona görə qiymətin qalxmasını gözləmirəm. Ola bilsin ki, bir qəpik artıb azala bilər, amma 10 - 15  qəpik civarında qalxma ehtimalı yoxdur”.

Ən sərfəli kredit üçün müraciət et

Rusiyada yumurtanın qıtlığının səbəbləri barədə danışan Mürvət Həsənli vurğuladı ki,  çox güman ki, sanksiyalardan irəli gələrək belə bir vəziyyət yaranıb.

“Preparatların, vaksinlərin və ana sürüsünün az gəlməsi istehsala mənfi təsir edir. Günlük istehsalları təlabatı ödəmədiyi üçün digər ölkələrdən yumurta almağa çalışırlar. Biz Rusiya bazarına bir-iki il yumurta ixrac edə biləcəyik. Bildiyim qədər dünəndən artıq “Giləzi” quşçuluqda Hacıqabul quşçuluqda başlayıb. Azərbaycanın ərzaqlıq yumurtaya gündəlik təlabatı 3,2-3,6 milyon ədəd, daxili istehsal isə 4,6-4,9 milyon ədəd civarındadır. Ölkənin təlabatı tam ödənilir”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram