Ölkədə verilən kreditlərin həcmi azalıb | Banco.az

Ölkədə verilən kreditlərin həcmi azalıb

Banco.az portalı Mərkəzi Banka istinadən bildirir ki, Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının ümumi həcmi 2015-ci il iyunun 1-nə 19 877,6 mln. manat təşkil edib. Bu, mayın 1-nə olan analoji göstərici ilə müqayisədə 127,2 mln. manat və ya 0,6% azdır. Banco.az bildirir ki, artıq 3-cü aydır azalma tendensiyasının müşahidə olunur  və mənfi dinamika mart ayından bəri davam edir. 

AMB-in məlumatına əsasən, cari ilin əvvəli ilə müqayisədə iqtisadiyyata kredit qoyuluşları 1 860,2 mln. manat və ya 10,3% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Keçən ilin anoloji dövrü ilə müqayisədə isə bu göstərici 3 752,1 mln. manat və ya 23,2% çoxdur.

Qeyd edək ki, ölkə iqtisadiyyatına kredit qoyuluşlarının maksimal həcmi martın 1-də qeydə alınıb və 20 137,7 mln. manat təşkil edib.  

Ən sərfəli krediti almaq üçün müraciət et