Ölkədə problemli kreditlər azalmaqda davam edir | Banco.az

Ölkədə problemli kreditlər azalmaqda davam edir

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin noyabrın 1-i tarixinə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 440.4 milyon manat təşkil edib.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabr ayının 1-i ilə müqayisədə 15.3% azdır.

Qeyd edək ki, ölkədə problemli kreditlər ilin əvvəlinə nəzərən 25.8%,  ötən ilin eyni dövrünə nisbətən isə 31.8% azalıb.

Noyabr ayının əvvəlinə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi ilk dəfə 2%-dən aşağı (1.9%) enib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et